DataLife Engine / Generala yüksək vəzifə verildi - DSX-də təyinat

Generala yüksək vəzifə verildi - DSX-də təyinat

Dövlət Sərhəd Xidmətində (DSX) daha bir generala yüksək vəzifə verilib.

Bununla bağlı müvafiq Əmr imzalanıb.

Əmrə əsasən, general-mayor Aqil Babayev Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatında Baş İdarə rəisi təyin edilib. 

Qeyd edək ki, A.Babayev əvvəllər DSX Akademiyasının rəisi, daha sonra Sərhəd Qoşunları Komandanlığının qərargah rəisi işləyib. O, "İgidliyə görə", "Vətən uğrunda" medalları ilə təltif edilib.

Xatırladaq ki, bir neçə gün əvvəl DSX-də yüksək vəzifələrə təyinatlar olub. General-mayor Azad Abdullayev DSX-nin Sərhəd Qoşunları Komandanlığının qərargah rəisi təyin edilib.
/Qafqazinfo
Bu gün, 15:17
Вернуться назад