DataLife Engine / Ceki Çanın daha bir vəsiyyəti ortaya çıxdı

Ceki Çanın daha bir vəsiyyəti ortaya çıxdı

Döyüş filmlərinin əfsanəvi siması Ceki Çan son zamanlarda mirası haqda yayılan xəbərlərlə gündəmə gəlir.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, 71 yaşlı Çan ölümündən sonra yerinə yetirilməli olan bir vəsiyyətini daha açıqlayıb.
 
O, dəfn mərasimində səsləndirilməsi və hər zaman xatırlanması üçün vida mahnısını yazdırdığını bildirib.
 
Xatırladaq ki, Ceki Çan böyük sərvətini oğlu Ceymsi Çana buraxmaqdan imtina edərək, bütün varidatını xeyriyyə məqsədləri üçün bağışlayacağını vəsiyyət edib. O, oğlunun öz ayaqları üzərində durmasını istədiyini və "əgər qabiliyyətlidirsə, öz pulunu özü qazanar, yoxdursa, mənim pulumu havaya sovurar" deyərək bu qərarı qətiyyətlə verdiyini bildirmişdi.
Aysel
Dünən, 18:02
Вернуться назад