Dünyaca məşhur ulduz Kriştiano Ronaldo etirazlarını dayandıraraq şənbə günü "Əl-Nəsr" komandasının "Əl-Fateh" komandasına qarşı oyunu üçün meydana qayıtmaq qərarına gəldi.
Fakt.info xarici mətbuata istinadən xəbər verir ki, komanda ilə münasibətlərini yaxşılaşdıran təcrübəli futbolçu bu vacib matçda karyerasındakı 1000-ci qolu vurmaq üçün çalışacaq.
Portuqaliyalı ulduzun məşqlərə qayıtması və oyun heyətinə daxil edilməsi komandanın əhval-ruhiyyəsini yüksəldib və bütün diqqətlər şənbə günü keçiriləcək oyuna yönəlib.
Aysel