DataLife Engine / Ramazan ayında bəyənilən və bəyənilməyən ƏMƏLLƏRİ

Ramazan ayında bəyənilən və bəyənilməyən ƏMƏLLƏRİ

Ramazan ayı müsəlmanlar üçün ən müqəddəs aylardan biridir. Bu ayda həm vacib olan əməllər, həm müstəhəb (savabı çox olan) əməllər, həm də qadağan və ya bəyənilməyən davranışlar mövcuddur.

Fakt.info Ramazan ayında bəyənilən və bəyənilməyən əməlləri təqdim edir:

Ramazanda ən vacib ibadət oruc tutmaqdır. Oruc, sübh azanından Məğrib azanına qədər yeməkdən, içkidən və cinsi əlaqədən uzaq durmaq deməkdir. Oruc İslamın əsas ibadətlərindən biridir. 

Bundan əlavə, Ramazan ayında bir sıra müstəhəb əməllər yerinə yetirmək savab qazandırır. Məsələn, sahura qalxmaq bərəkətlidir, hətta az miqdarda su içmək belə savab sayılır. İftarı tez açmaq, yəni Məğrib azanı ilə iftar etmək və ənənəvi olaraq xurma və su ilə orucu açmaq da tövsiyə olunur. Namazları vaxtında qılmaq savabı artır. Qurani-Kərim oxumaq, dua etmək, tövbə etmək, sədəqə vermək və ehtiyacı olanlara kömək etmək də Ramazan ayının müstəhəb əməllərindəndir. Eyni zamanda, səbirli davranmaq və kiməsə pis cavab verməmək bu ayda xüsusilə önəmlidir.

Ramazan ayında orucu pozan və ya savabı azaldan əməllərdən uzaq durmaq lazımdır. 

Orucu pozanlara qəsdən yemək və içmək, siqaret çəkmək, cinsi əlaqə və qəsdən qusmaq daxildir. Orucu pozmasa da, savabı azaldan əməllərə yalan danışmaq, qeybət etmək, söyüş söymək, mübahisə etmək və pis niyyətlər daxildir. 
Şahanə Ziyad
Dünən, 14:35
Вернуться назад