DataLife Engine / TƏBİB sədri Vüqar Qurbanov niyə işdən çıxarıldı? – Həkimləri küsdürən, xəstələri çarəsiz qoyan qərarlar

TƏBİB sədri Vüqar Qurbanov niyə işdən çıxarıldı? – Həkimləri küsdürən, xəstələri çarəsiz qoyan qərarlar

Xəbər verdiyimiz kimi, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edilib.

Fakt.info-nun məlumatına görə, onun rəhbərlik etdiyi dövrdə cəmiyyətdə geniş rezonans doğuran və birmənalı qarşılanmayan bir sıra qərarlar qəbul edilib.

Stomatoloqların ixtisarı və etirazlar

Qurbanovun rəhbərliyi ilə TƏBİB regionlarda çalışan stomatoloqların ixtisarına başlayıb. Bu qərar bir çox bölgədə ciddi narazılığa səbəb olub. Həkimlər bildiriblər ki, aparılan qiymətləndirmələr real ehtiyacları əks etdirməyib və bəzi rayonlarda stomatoloji xidmət faktiki olaraq iflic vəziyyətinə düşüb. Nəticədə bölgələrdə etiraz aksiyaları və kollektiv müraciətlər qeydə alınıb.

Kadr dəyişiklikləri və mübahisələr

Onun rəhbərliyi dövründə tibb müəssisələrində direktor və baş həkimlərin kütləvi şəkildə vəzifədən azad edilməsi və yeni təyinatların aparılması diqqət çəkib. Bu proses bəzən şəffaflıq və peşəkarlıq meyarlarının pozulması ilə bağlı ittihamlarla müşayiət olunub. Bir sıra hallarda təyinatların şəxsi münasibətlər və loyal kadr seçimi üzərində qurulduğu iddiaları ictimai müzakirələrə səbəb olub.

Evdə tibb bacılarına iynə vurulmasının qadağan edilməsi

Qurbanovun imzaladığı qərara əsasən, tibb bacılarına həkim göstərişi olmadan, xüsusilə də ev şəraitində xəstələrə inyeksiya vurmaq qadağan edilib. Bu qərar kənd və qəsəbələrdə rəsmi tibb məntəqələrinin məhdud olduğu şəraitdə ciddi problemlər yaradıb. Tibb bacıları bildiriblər ki, yataq xəstələri, yaşlılar və hərəkət məhdudiyyəti olan şəxslər üçün evdə tibbi xidmət həyati əhəmiyyət daşıyır və bu qadağa onların vaxtında yardım almasını əngəlləyib.
Dünən, 18:48
Вернуться назад