DataLife Engine / Cəlilabadlı şəhidin nəşi 34 il sonra Ağdərədə tapıldı

Cəlilabadlı şəhidin nəşi 34 il sonra Ağdərədə tapıldı

Cəlilabad rayonundan olan itkin şəhidin nəşi tapılıb.

Fakt.info xəbər verir ki, 1992-ci ildə Ağdərə rayonu istiqamətində gedən döyüşlər zamanı itkin düşmüş rayon sakini Quliyev Mahir Abuzər oğlunun nəşi aşkar edilib.

Məlumata görə, şəhidin şəxsiyyəti müvafiq ekspertiza prosedurlarından sonra dəqiqləşdirilib və ailəsinə məlumat verilib.

Şəhid Mahir Quliyevin dəfn mərasimi fevralın 19-na planlaşdırılır.
/Teleqraf.az
Dünən, 20:29
Вернуться назад