Tədbir Ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
İclasda Xeyriyyə Cəmiyyətinin sədri Cəfər Cəfərov çıxış edərək iştirakçıları müqəddəs Ramazan ayı münasibətilə təbrik edib, ötən il ərzində həyata keçirilən fəaliyyətlərin xülasəsini təqdim edərək qarşıda duran, müzakirəsi vacib məsələlərə toxunub.
Sonra Ərkivan Xeyriyyə Cəmiyyətinin fəxri prezidenti Məşkur Qasımov çıxış edərək genişmiqyaslı layihələrin icrası üçün Xeyriyyə Cəmiyyətinin əhatə dairəsinin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Ardınca Rəyasət heyətinin üzvləri tərəfindən gündəlikdə duran məsələlər diskussiya formatında müzakirə olunub. Fövqəladə vəziyyət şəraitində yardımların təşkili, idmanın inkişafı, təhsilə dəstək, tələbələr üçün mükafatların təsis edilməsi ilə bağlı təkliflər səs çoxluğu ilə qəbul edilib.
İclas iş adamı Abdulla Abdullayev tərəfindən təşkil olunan iftar süfrəsi ilə yekunlaşıb.











