DataLife Engine / "Güc və Zəriflik" adlı rəsm sərgisi təşkil olunub

"Güc və Zəriflik" adlı rəsm sərgisi təşkil olunub

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Beynəlxalq Qalereya və "Abşeron” Gənclərin İnkişafı İctimai Birliyinin birgə təşkilatçılığı ilə 8 Mart-Beynəlxlaq Qadınlar Gününə həsr olunmuş layihə rəhbəri Aygün Əzizovanın olduğu "Güc və Zəriflik" adlı rəsm sərgisi təşkil olundu. 

Sərgidə müxtəlif yaş qruplarında 100 rəssam iştirak edirdi. Sərgidə müxtəlif üslub və mövzularda hazırlanmış zəngin sənət nümunələri nümayiş olunub. 

Sərgini giriş sözü ilə açan  YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, xalqımıza xas ənənəvi ailə dəyərlərinə sadiq qalan çağdaş Azərbaycan xanımları, eyni zamanda, güclü müasirlik duyğusuna və yenilikçi təbiətə sahibdirlər. Mədəni tərəqqi yolunda əzmlə çalışmış maarifpərvər sələflərinin yaradıcı düşüncəli davamçıları kimi onların hazırkı yüksək ictimai nüfuzu və səhiyyə, təhsil, mədəniyyət, elm sahələrindəki mühüm nailiyyətləri ölkəmizin hərtərəfli inkişafını səciyyələndirən amillərdəndir.
Çıxışının sonunda Bəxtiyar Nəbiyev qarşıdan gələn "8 Mart-Beynəlxalq Qadınlar Günü" münasibəti ilə xanımları təbrik edib.

Sözü Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərovaya verdi. Elnurə xanım qeyd edib ki,  bu əlamətdar gündə – 8 Mart - Beynəlxalq Qadınlar Günündə  sizinlə  bir araya gəlməkdən böyük qürur duyuram. Bugünkü “Güc və Zəriflik” adlı sərgi qadınların cəmiyyətdəki roluna, onların gücünə, fədakarlığına və incəliyinə həsr olunmuşdur.  

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ölkəmizin birinci xanımı, hörmətli Mehriban Əliyevanı, şəhid analarını və bütün qadınları təbrik edir, onlara sağlamlıq, xoşbəxtlik və uğurlar arzulayıram. 

Sərgidə Aflow ART Studionun rəhbəri Günay Məmmədova , İnci Akademinin rəhbəri İnci Məstəliyeva , Şahanə ART Studionun rəhbəri Şəhanə Paşayeva, FA Tədris Mərkəzinin rəhbəri Fatma Əliyeva, PANDA School və Saleh Tədris Mərkəzinin müəllimi Elmira Həsənova , Core Akademiya Kursunun  müəllimi İradə Feyziyeva, Master School  Tədris Mərkəzinin  müəllimləri Günəş  Əsgərova və  Nurəddin Məmmədov  tələbələri ilə iştirak edirdilər .

8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş sərginin bədii hissəsi Nemi Hotelin restoranında nahar süfrəsi arxasında davam edib. Tədbirdə  fəxri qonaq olaraq seçki  komissiyasının əməkdaşı Bahar  Bağırova ,  jurnalist Anna Mir, ADRA-nın müəllimi Zinaida Mirzəzadə , rəsssm Səadət Nərmin Hacıyeva, Nuranə Zalova , Könül İbrahimova,  UNEC-in dosenti Nailə Yusifova , Oxu Tədris Mərkəzinin müəllimi Həyat Şirvanova , XeberTime.az  saytının rəhbəri Yeganə Telmanqızı, operator Xatirə Məmmədova,  Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnustutunun Əməkdaşı Nazlı Nadirova, tibb bacısı Nəzakət Baxışova, jurnalist Cəmilə Çebotaryova İspatovna iştirak edirdilər.
 Nemi  Hotelin  rəhbəri Təhminə Yusifova qonaqları ürəkdən salamlayıb, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, uğurlar arzuladı. Onları məkanlarında görməkdən çox şad olduğunu bildirdi. 

Sonda sərgi iştirakçılarına diplom və hədiyyələr təqdim olunub xatirə fotoları çəkildi .

Müxbir  Aygün Oqtay 
Fotoqraf: Ayaz 
Operator: Xatirə Məmmədova




Bu gün, 10:17
Вернуться назад