Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova (62 kq) Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında gümüş medal qazanıb.
Fakt.info xəbər verir ki, o, finalda rusiyalı Amina Tandelovaya məğlub olub.
Məlumat üçün bildirək ki, Ruzanna Səxavət qızı Məmmədova Masallı rayonunun Mişkəmi kəndindəndir.