DataLife Engine / Ərkivanda növbəti xeyriyyə aksiyası

Ərkivanda növbəti xeyriyyə aksiyası

Müqəddəs Ramazan ayı və Novruz bayramı münasibətilə Masallı rayonunun Ərkivan qəsəbəsində xeyriyyə aksiyası təşkil olunub.

Fakt.info xəbər verir ki, xeyriyyəçi iş adamı Əlihüseyn Məmmədov tərəfindən keçirilən aksiya çərçivəsində qəsəbədə yaşayan 50 aztəminatlı ailəyə hər birinin dəyəri 60 manat olan ərzaq sovqatı təqdim edilib.

Bununla yanaşı, xeyriyyəçi tərəfindən əlavə olaraq 110 aztəminatlı ailəyə də hər biri 2 kiloqram olmaqla ət paylanılıb.

Aksiya Ramazan və Novruz bayramları ərəfəsində ehtiyac sahibi ailələrə dəstək göstərmək və bayram sevincini onlarla bölüşmək məqsədi daşıyıb.

Qeyd edək ki, bu gün Ərkivan Xeyriyyə Cəmiyyəti tərəfindən də qəsəbədə 136 aztəminatlı ailəyə bayram sovqatı verilib. 
Allah qəbul etsin. 
Dünən, 20:26
Вернуться назад