Fakt.info xəbər verir ki, layihənin rəhbəri Aygün Əzizovadır. Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında keçirilən sərgidə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova, “Abşeron” Gənclərin İnkişafı İctimai Birliyinin sədri Ayaz İsgəndərov, media nümayəndələri, müxtəlif yaş qruplarından olan rəssamlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Sərgidə müxtəlif üslub və mövzularda hazırlanmış sənət əsərləri nümayiş olunub. Çıxış edənlər Novruz bayramının milli-mənəvi dəyərlərimizin təbliği baxımından əhəmiyyətini vurğulayaraq sərginin gənc və istedadlı rəssamların yaradıcılığının təqdimatı üçün mühüm platforma olduğunu qeyd ediblər.
Sonda sərgidə iştirak edən rəssamlara diplomlar təqdim olunub və xatirə şəkilləri çəkdirilib.
Müxbir: Aygün Oqtay
Fotoqraf: Ayaz
Operator: Camal



