DataLife Engine / Elgiz Məmmədov yeniyetmə güləşçilərə "ustad dərsi" keçdi - VİDEO/FOTO

Elgiz Məmmədov yeniyetmə güləşçilərə "ustad dərsi" keçdi - VİDEO/FOTO

Yunan-Roma güləşi üzrə beynəlxalq dərəcəli idman ustası Elgiz Məmmədov Masallı rayonunun Ərkivan qəsəbəsində yeniyetmə güləşçilər üçün “ustad dərsi” keçib.

Fakt.info xəbər verir ki, tədbir öncəsi Ərkivan Şəhidlər Parkında qəsəbə şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət olunub, onların əziz xatirəsi ehtiramla yad edilib.

Elgiz Məmmədov güləşçilərlə bir zamanlar Əməkdar məşqçi Qardaşxan Əmənovdan güləşin sirlərini öyrəndiyi doğma elində, doğma güləş zalında görüşüb.

Ustad dərsi zamanı o, yeniyetmə idmançılara müxtəlif güləş fəndlərinin icrasını nümayiş etdirib, peşəkar tövsiyələrini bölüşüb. Çıxışı zamanı qazandığı uğurlardan, bu nailiyyətlərə gedən yolda qarşılaşdığı çətinliklərdən bəhs edərək gənc güləşçilərə motivasiya verib.

Hazırda Rusiyanın Kalininqrad şəhərində yaşayan Elgiz Məmmədov məşqçilik fəaliyyəti ilə məşğuldur. Onun yetirmələri olan yeniyetmə və gənc yunan-Roma güləşçiləri bir sıra mötəbər yarışların mükafatçılarıdır.

Qeyd edək ki, Elgiz Məmmədov aktiv idman fəaliyyətini də davam etdirir. O, son illərdə veteranlar arasında yunan-Roma güləşi üzrə iki dəfə dünya ikincisi, bir dəfə isə dünya üçüncüsü olub.

İdman ictimaiyyəti nümayəndələrinin də iştirak etdiyi tədbirin sonunda xatirə şəkli çəkdirilib.














Dünən, 23:49
Вернуться назад