Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Rasim Balayev vəfat edib.
Aktyor bu gün – martın 29-da müalicə aldığı Türkiyədəki xəstəxanada dünyasını dəyişib.
Xalq artisti, aktyor Rasim Balayevin cənazəsinin Azərbaycana göndərilməsi üçün İstanbuldakı Baş Konsulluq tərəfindən iş aparılır.
Bu barədə APA-nın Türkiyə bürosuna Baş Konsulluqdan məlumat verilib.
Bildirilib ki, cənazənin bu gün Bakıya göndərilməsi planlaşdırılır.
Qeyd edək ki hazırda Xalq artistinin oğlu da İstanbulun Göztəpə rayonunda yerləşən "Memorial” xəstəxanasındadır.