DataLife Engine / Abşeron Ticarət Mərkəzində qalmaqalı – vətəndaş keyfiyyətsiz məhsul və kobud davranışdan şikayət edir

Abşeron Ticarət Mərkəzində qalmaqalı – vətəndaş keyfiyyətsiz məhsul və kobud davranışdan şikayət edir

Vətəndaş Elnurə Əliyeva “Xebermen.az” redaksiyasına müraciət edərək Abşeron Ticarət Mərkəzində fəaliyyət göstərən “Ağazade Electronics” mağazasında qarşılaşdığı problemlə bağlı şikayətini bildirib.

Onun sözlərinə görə, 3 mart 2025-ci il tarixində Sədərək Ticarət Mərkəzində, sıra 13, mağaza 70-də yerləşən “Ağazade Electronics” satış nöqtəsindən DSP firmasına məxsus, dəyəri 320 manat olan 10 litrlik xəmir yoğuran aparat alıb. Məhsula 1 il zəmanət verilsə də, cihaz qısa müddətdə nasaz vəziyyətə düşüb.

Şikayətçinin bildirdiyinə görə, o, 12 mart 2025-ci ildə məhsulu mağazaya geri qaytarıb. Mağaza müdiri Rəşad Ağazadə cihazın zavod qüsurlu olduğunu etiraf edərək onu təmir edib və yenidən müştəriyə təqdim edib. Lakin məhsul təmirdən sonra ilk istifadədə yenidən eyni nasazlıqla sıradan çıxıb.
Elnurə Əliyeva daha sonra mağaza ilə əlaqə saxlamağa çalışsa da, zənglərinə cavab verilmədiyini qeyd edir. Redaksiyamızın müdaxiləsindən sonra mağaza əməkdaşları onunla əlaqə saxlayaraq məhsulu yenidən təmir üçün gətirməsini istəyiblər. Lakin vətəndaş eyni nasazlıq təkrarlandığı üçün məhsulun yenisi ilə dəyişdirilməsini tələb edib.

Məsələ ilə bağlı redaksiyamız da “Ağazade Electronics”in əməkdaşları ilə əlaqə saxlayıb. İlk mərhələdə onlar şikayətçini tanımadıqlarını və təqdim olunan zəmanət talonunun onlara aid olmadığını bildiriblər. Daha sonra isə mağazanın onlara məxsus olduğunu təsdiqləyərək fəaliyyətlərini Abşeron Ticarət Mərkəzində davam etdirdiklərini və məhsulun həmin ünvana gətirilməsini xahiş ediblər.
Şikayətçi bildirir ki, o, 25 mart 2026-cı ildə Abşeron Ticarət Mərkəzində yerləşən korpus 29, mağaza 5-ə müraciət edib. Lakin mağaza səlahiyyətlisi Rəşad onunla kobud rəftar edərək məhsulu dəyişməkdən imtina edib. İddialara görə, o, “hara istəyirsiniz şikayət edin, mənə heç kim heç nə edə bilməz” kimi ifadələr işlədərək məsuliyyətdən yayınıb və hətta zəmanət talonunun ona aid olmadığını iddia edib.
Bundan əlavə, mağaza nümayəndəsinin məhsulun satışını başqa şəxsin – qohumunun üzərinə ataraq məsuliyyəti bölüşdürməyə çalışdığı da qeyd olunur.
Elnurə Əliyeva məsələ ilə bağlı aidiyyəti qurumlardan “Ağazade Electronics” mağazasının fəaliyyətinin araşdırılmasını və qanunauyğun tədbirlərin görülməsini xahiş edir. O, həmçinin digər vətəndaşları bu cür hallarla qarşılaşmamaq üçün diqqətli olmağa çağırır.

Fakt.info olaraq məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Dünən, 23:05
Вернуться назад