Pakistandakı Bahria Tibb Elmləri Universitetində aparılan bir araşdırmaya görə, gündə 6 saat telefon istifadə edən insanların saçlarının ağarması ehtimalı digərlərinə nisbətən yeddi dəfə çoxdur.
Fakt.info xəbər verir ki, alimlər həmçinin müəyyən ediblər ki, bu insanların təxminən dörddə üçündə göz altı torbalar və tünd dairələr var.
Bunun əsas səbəbi cihazların yaydığı mavi işıqla əlaqələndirilir.
Mütəxəssislər telefondan istifadə etməzdən əvvəl günəşdən qoruyucu krem çəkmək və ya ekranlara ultrabənövşəyi filtrlər əlavə etmək bu riskləri azaltmağa kömək edə biləcəyini düşünürlər.
Aysel