DataLife Engine / Həyatınızı səssizcə qısaldan 7 təhlükəli vərdiş

Həyatınızı səssizcə qısaldan 7 təhlükəli vərdiş

Uzun və sağlam həyatın sirri təkcə genetik amillərlə bağlı deyil, həm də gündəlik həyat tərzimizdən birbaşa asılıdır.
 
Fakt.info xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər bildirirlər ki, xüsusilə pandemiyadan sonrakı dövrdə dünyada ömür uzunluğunda azalma müşahidə olunur. Bunun səbəbi yalnız zərərli vərdişlər deyil, həm də müasir həyatın gətirdiyi stress, yuxu çatışmazlığı və qeyri-sağlam qidalanmadır.

Oturaq həyat tərzi – bədənin zəifləməsi

Fiziki aktivliyin azlığı diabet, xərçəng, ürək-damar xəstəlikləri və zehni geriləmə riskini artırır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il təxminən 5 milyon insan hərəkətsizlik səbəbindən həyatını itirir. Harvard Universitetinin araşdırmalarına əsasən, müntəzəm idman ömrü 3–7% artıra bilər.

Siqaret çəkmək – hüceyrələrin erkən qocalması

Hər il 8 milyondan çox insanın ölümünə səbəb olan siqaret hüceyrələrə ciddi zərər vurur və qocalma prosesini sürətləndirir. Toronto Universitetinin məlumatına görə, siqaret çəkmək ömrü 10–15 il qısalda bilər.

Alkoqol – orqanlara ciddi zərbə

Həddindən artıq alkoqol qəbulu yalnız qaraciyərə deyil, ürək və zehni sağlamlığa da mənfi təsir göstərir. Bu vərdiş hər il dünyada təxminən 3 milyon insanın ölümünə səbəb olur və ömrü əhəmiyyətli dərəcədə azalda bilər.

Balanssız qidalanma və şəkər riski

Yağlı, duzlu və şəkərlə zəngin qidalanma piylənmə və 2-ci tip diabetin əsas səbəblərindəndir. Harvard Universitetinin məlumatına görə, xüsusilə şəkərli içkilər ömür uzunluğunu 4–10 il azalda bilər.

Yuxusuzluq – gizli təhlükə

Gündə 6 saatdan az yatmaq vaxtından əvvəl ölüm riskini 12% artırır. Warwick Universitetinin araşdırmaları göstərir ki, keyfiyyətli yuxu immun sisteminin və ürəyin qorunmasında mühüm rol oynayır.

Stress və sosial təcrid

Xroniki stress ömrü 2–3 il azalda bilər. London Universitetinin məlumatına görə, sosial tənhalıq vaxtından əvvəl ölüm riskini 30% artırır və bu, siqaret çəkmək qədər təhlükəli hesab olunur.

Kofein, duz və şəkər – "gizli üçlük”

Həddindən artıq kofein ürək ritmini poza və narahatlığa səbəb ola bilər. Şəkər isə xroniki xəstəliklərin inkişafını sürətləndirir. "Ağ təhlükə” kimi tanınan duz yüksək təzyiqə səbəb olaraq ürək və böyrəklər üçün risk yaradır.
Gülay
Dünən, 16:25
Вернуться назад