Aprelin 8, 9 və 10-da İranın əksər bölgələrində İranın keçmiş ali dini rəhbəri Seyid Əli Xameneinin vəfatı ilə bağlı yas mərasimləri keçiriləcək.
Fakt.info xəbər verir ki, bu barədə İran İslami Təbliğat Təşkilatı məlumat yayıb.
Təşkilatın məlumatına görə, şəhər meydanlarında matəm və sinə döymə mərasimləri keçiriləcək, ardınca matəm qrupları Xameneinin dağıdılmış iqamətgahına doğru yürüş keçirəcək.
Qeyd edək ki, Seyid Əli Xamenei, bir neçə ailə üzvü və silahlı qüvvələrin yüksək rütbəli komandirləri ilə birgə fevralın 28-də ABŞ və İsrail ordularının hava hücumları nəticəsində şəhid olub.