DataLife Engine / İlham Əliyev Mixeil Kavelaşvili ilə təkbətək görüşdü

İlham Əliyev Mixeil Kavelaşvili ilə təkbətək görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 6-da Gürcüstana dövlət səfərinə gedib.

Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili və digər rəsmi şəxslər qarşılayıblar. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə təkbətək görüşü olub.

Fakt.info xəbər verir ki, sonra dövlətimizin başçısı xatirə kitabına ürək sözlərini yazdı.


Dünən, 19:17
Вернуться назад