DataLife Engine / Hər gün yediyiniz qidalar bədən qoxunuzu belə dəyişir - ARAŞDIRMA

Hər gün yediyiniz qidalar bədən qoxunuzu belə dəyişir - ARAŞDIRMA

Bədənimiz isinərkən daha çox tərlədiyimizi bilirik. Bu, orqanizmin sərin qalmaq üçün inkişaf etdirdiyi təbii bir mexanizmdir.

Fakt.info xəbər verir ki, tərləmə sağlam bir proses olsa da, xüsusilə bəzi qidaların qəbulundan sonra onun yan təsirləri xoşagəlməz ola bilər.

Niyə tər qoxu verir?

Əslində tərin özü qoxusuzdur. Qoxunun yaranmasına səbəb dərimizdəki bakteriyalarla tərin qarışmasıdır. Bu səbəbdən, daha çox tərləmək hər zaman daha pis qoxu anlamına gəlmir.

Mütəxəssislərin fikrincə, çoxlu ət istehlak edən insanlar tərəvəz əsaslı qidalananlarla müqayisədə daha kəskin bədən qoxusuna meyllidirlər. Eyni zamanda, sarımsağı çox sevən şəxslərdə də daha güclü tər qoxusu müşahidə oluna bilər.

Sarımsaq və ət kükürdlə zəngin qidalardır. Bu maddələr qəbul edildikdən sonra bədəndən müxtəlif yollarla xaric olunur. Bunlardan biri qaz şəklində, digəri isə tərləmə vasitəsilədir.

Bəzi tədqiqatlar isə hansı qidaların daha xoş bədən qoxusuna səbəb ola biləcəyi barədə maraqlı nəticələr təqdim edir.

Araşdırmada 43 kişi iştirakçı şampunsuz duş qəbul etdikdən sonra pambıq köynək geyinib və dezodorant istifadəsi qadağan olunub. Onların 48 saat geyindiyi köynəklər daha sonra qoxu baxımından analiz edilib.

Nəticələr göstərib ki, daha çox meyvə və tərəvəz istehlak edən kişilərin tər qoxusu daha xoş olub.

Yağ, ət və yumurta kimi qidaları qəbul edənlərdə də müsbət nəticələr müşahidə edilsə də, çox karbohidrat qəbul edən şəxslərdə tərin daha kəskin və az xoş qoxulu olduğu müəyyən edilib.

Qadınlar üzərində aparılan daha məhdud bir araşdırmada isə pəhrizdən əvvəl, pəhriz zamanı və sonrasında - tam kalori məhdudlaşdırılması tətbiq edilən dövrdə - tər qoxuları analiz edilib. Pəhrizə başlayan qadınların bədən qoxularının daha xoş olduğu aşkar olunub.
Aysel
Dünən, 19:26
Вернуться назад