DataLife Engine / İranda müharibənin acı statistikası: 3000-dən çox insan həyatını itirib

İranda müharibənin acı statistikası: 3000-dən çox insan həyatını itirib

İran Məhkəmə Tibb Təşkilatı ölkədə son hücumlar nəticəsində insan itkilərinin ciddi şəkildə artdığını açıqlayıb.

Fakt.info xarici mətbuata istinadən xəbər verir ki, qurumun rəhbərinin verdiyi məlumata görə, fevralın 28-dən etibarən başlayan hücumlar nəticəsində İranda ən azı 3000 nəfər həyatını itirib. Bildirilib ki, ölənlərin bir qisminin cəsədləri ciddi zədələndiyi üçün identifikasiya prosesi çətinləşib.

Açıqlamada qeyd olunub ki, cəsədlərin təxminən 40 faizi tanınmaz vəziyyətdədir. Bu isə həm rəsmi qeydiyyat, həm də ailələr üçün əlavə çətinliklər yaradır.

Rəsmi qurumlar hadisələrin nəticələrinin araşdırıldığını və itkilərlə bağlı məlumatların dəqiqləşdirilməsinin davam etdiyini bildirir.
Gülay
Dünən, 15:03
Вернуться назад