Qazaxda üç nəfər dəm qazından zəhərlənib
Qazaxda ikisi yeniyetmə olmaqla 3 nəfər dəm qazından zəhərlənib.Oxu.Az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Rayon sakinləri - 2007-ci il təvəllüdlü S.Bayramova, 2012-ci il təvəllüdlü M.Əhmədli və 2014-cü il təvəllüdlü F.Əhmədli zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Onların evin vanna otağında dəm qazından zəhərləndiyi bildirilir.
Yaralılara tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu qeyd olunur, faktla bağlı araşdırma aparılır.
Dünən, 23:27
Вернуться назад