2026-cı ilin aprelin 16-da Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasında iştirak edəcək bəzi yerli QHT-lərlə görüş keçirilib.
Görüşdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri, WUF13 Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva, QHT Agentliyinin Müşahidə Şurasının üzvü Fizzə Mirzəyeva və digər məsul şəxslər iştirak ediblər.
“Bakı Şəhərsalma Həftəsi”, WUF13 ilə əlaqədar fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.












