"Real Madrid"in prezidenti Florentino Perez mövsüm başa çatdıqdan sonra komandanı struktur baxımından yeniləməyi planlaşdırır.
Fakt.info xarici mediaya istinadla bildirir ki, yayda klubdan ayrılacaq futbolçuların siyahısında ilk sırada yarımmüdafiəçi Eduardo Camavinga yer alır. O, ötən yay komandadan ayrılmaq istədiyini bildirib. Həmçinin müdafiəçilər Fran Qarsia və Raul Asensio, eləcə də yarımmüdafiəçi Dani Ceballosun da klubdan gedəcəyi gözlənilir.
Bundan başqa, "Real Madrid” müdafiəçilər David Alaba və Dani Carvajal ilə başa çatan müqavilələri yeniləməyi planlaşdırmır. Klub həmçinin hücumçular Franco Mastantuono və Qonzalo Qarsianı icarəyə göndərmək niyyətindədir.
Qeyd olunur ki, klub rəhbərliyi Vinisius Junior və ya Jude Bellinghamdan birinin satılması variantını da istisna etmir.