DataLife Engine / Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı

Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı

Cəlilabadda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.

Bu barədə AZXEBER.COM-a Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib:

"Aprelin 19-da, saat 16 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan iki nəfər (1-i qadın, 1-i kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

2020-ci il təvəllüdlü şəxsə başın təpə və sağ tərəfli üz nahiyəsinin sıyrılmış, əzilmiş yarası diaqnozu təyin edilib. 1961-ci il təvəllüdlü şəxsdə (kişi) isə heç bir xəsarət müəyyən edilməyib. Pasiyentə zəruri tibbi yardımlar göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Hadisə nəticəsində bir nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb".
Dünən, 22:37
Вернуться назад