Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı sahəsində səmərəliliyin artırılması və bazar tələbatının ödənilməsi məqsədilə Bakı şəhərinin Qaradağ rayonu ərazisində yerləşən "Qaradağ I və II”, Bakı şəhərinin Qaradağ rayonu və Abşeron rayonunun ərazilərində yerləşən "Güzdək muldası” əhəngdaşı yataqları, Zaqatala rayonu ərazisində yerləşən "Katexçay I və II” , Balakən rayonu ərazisində yerləşən "Balakənçay I və II”, Oğuz rayonu ərazisində yerləşən "Ağçay I” qum-çınqıl yataqları və İmişli rayonu ərazisində yerləşən "İmişli” qum-çınqıl yataqları daxilində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müəyyən etdiyi yer təki sahələri "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra – Cəmiyyət) istifadəsinə verilib.
Bakupost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb.
Bakupost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb.