DataLife Engine / Masallı sakininin pensiya kartından pulu oğurlandı - VİDEO

Masallı sakininin pensiya kartından pulu oğurlandı - VİDEO

Masallı sakini Zenfira Niftullayevanın pensiya kartından tanımadığı şəxslər qanunsuz şəkildə pul çıxarıblar. İddialara görə, naməlum şəxslər başqa mobil nömrə ilə tətbiqdə hesab açaraq kartdan 300 manat məbləğində vəsaiti mənimsəyiblər.
Fakt.info xəbər verir ki, bu barədə onun həyat yoldaşı Əlixan Niftulayev "Xəzər Xəbər"in qaynar xəttinə müraciətində bildirib. Onun sözlərinə görə, hadisə aprelin 1-də baş verib və vəsait ailənin xəbəri olmadan "avans" adı ilə kartdan çıxarılıb.
Zərərçəkənlər məsələni yalnız 20 gün sonra - bu ayın əmək pensiyası karta köçürüldükdə aşkar ediblər. Bundan sonra aidiyyəti üzrə müraciət olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirildi ki, vətəndaşın müraciəti əsasında hazırda Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Araşdırmanın nəticəsində məsələyə hüquqi qiymət veriləcək.
Dünən, 23:24
Вернуться назад