DataLife Engine / Valideynlərə XƏBƏRDARLIQ - Son günlər uşaqlar arasında pnevmaniya yayılıb - VİDEO

Valideynlərə XƏBƏRDARLIQ - Son günlər uşaqlar arasında pnevmaniya yayılıb - VİDEO

Uşaq xəstələnir, yüksək hərarət müşahidə olunur və növbəti gün artıq ona pnevmaniya diaqnozu qoyulur.
Fakt.info Xezerxeber.az-a istinadən xəbər verir ki, son günlər azyaşlılar arasında bronxit və pnevmoniya kimi ciddi tənəffüs xəstəliklərinə səbəb ola biləcək virus yayılıb.

Paytaxt sakinləri deyir ki, uşaqlarımız arasında yayılan xəstəliklər əvvəl uzunmüddətli ishal, qusma ilə müşahidə olunurdusa, indi yüksək temperatur, keçməyən quru öskürək, bronxial pnevmaniyaya çevrilir, özü də cəmi bir neçə gün içində:

Onlar bildirirlər ki, uşaqlar arasında yayılan xəstəliklər əvvəllər uzunmüddətli ishal və qusma ilə müşahidə olunurdusa, hazırda yüksək hərarət və keçməyən quru öskürək ilə başlayır, qısa müddət ərzində isə bronxlarda problemlər yaradır:

Pediatrların sözlərinə görə, valideynlər diqqətli olmalıdır, çünki uşaqda bəzən heç öskürmə olmadan da pnevmaniya baş verə bilər. Əgər qızdırma üç gündən çox davam edirsə, vəziyyət daha da ciddiləşir.

Günay Rəsulova qeyd edib ki, bu tip xəstəliklər vaxtında müalicə olunmadıqda ciddi fəsadlara səbəb ola bilər.
Dünən, 23:29
Вернуться назад