DataLife Engine / 21 yaşlı gəncin faciəli sonu: "Çox çalışırdı ki, çörək qazansın" - VİDEO

21 yaşlı gəncin faciəli sonu: "Çox çalışırdı ki, çörək qazansın" - VİDEO

Biləsuvar rayonunda bədbəxt hadisə qeydə alınıb. Hadisə rayonun Melioratorlar qəsəbəsində baş verib. Məlumata görə, 21 yaşlı İslam Hüseynovun cansız bədəni yaşadığı evin həyətində aşkarlanıb.
Fakt.info xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.
Yaxınları və qonşuları gəncin qəfil ölümündən sarsıldıqlarını bildiriblər.
"İslam çox mehriban, qayğıkeş və zəhmətkeş bir gənc idi. Atası dünyasını dəyişmişdi, anası isə çox zəhmətkeş qadındır. İslamın dost-tanışı çox idi, ailəsini dolandırmaq üçün çalışırdı. Onun ölümü hamımızı dərindən kədərləndirdi", - mərhumun qonşusu söyləyib.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma davam etdirilir.
Dünən, 23:08
Вернуться назад