Türkiyənin xarici işlər naziri Hakan Fidan Hörmüz boğazında yaranmış vəziyyət və mümkün inkişaf ssenariləri ilə bağlı açıqlama verib.
Nazir Ankarada bildirib ki, hazırda bu məsələ ilə bağlı iki əsas yanaşma nəzərdən keçirilir.
Fidanın sözlərinə görə, birinci ssenari tərəflər arasında razılaşmanın əldə olunması və əvvəlki status-kvoya qayıdılmasıdır. Bu halda Hörmüz boğazının açılması, beynəlxalq gəmiçiliyin və sərbəst ticarətin bərpası nəzərdə tutulur. Nazir qeyd edib ki, bu model çərçivəsində boğazdan keçidə görə əlavə ödənişlərin tətbiq olunmaması əsas prinsip kimi qəbul edilir və hazırkı danışıqların məqsədi də məhz buna nail olmaqdır.
İkinci ssenari isə danışıqların nəticəsiz qalması və ya regionda gərginliyin davam etməsi ilə bağlıdır. Bu halda Hörmüz boğazındakı riskli zonaların necə idarə olunacağı məsələsi gündəmə gələcək. Fidan bildirib ki, belə vəziyyət fərqli yanaşma və yeni konsepsiya tələb edir və bu modelin Türkiyənin xarici siyasət maraqları baxımından həm uyğun, həm də problemli tərəfləri var.
Nazir əlavə edib ki, əgər İran və ABŞ arasında razılaşma əldə olunarsa, beynəlxalq koalisiyanın yaradılması mümkündür. Bu koalisiya bölgədə texniki işlər, o cümlədən dənizdə minaların təmizlənməsi ilə məşğul ola bilər. Onun sözlərinə görə, bu fəaliyyət humanitar xarakter daşıyır və heç bir tərəfin hərbi dəstəklənməsi kimi qiymətləndirilməməlidir.
Bununla yanaşı, Fidan vurğulayıb ki, əgər belə bir koalisiya mümkün yeni münaqişədə tərəflərdən biri kimi çıxış edərsə, Türkiyənin bu məsələdə ciddi həssasiyyətləri mövcuddur və Ankara fərqli mövqe tuta bilər.
"Əgər qurulacaq koalisiya yenidən başlaya biləcək bir müharibədə tərəf kimi çıxış edərsə, bu halda bizim müəyyən həssasiyyətlərimiz var və biz fərqli mövqe sərgiləyərik. Tərəfdaşlarımız da bunu yaxşı anlayır”, – deyə nazir bildirib.
Fidan sonda qeyd edib ki, hazırda əsas diqqət minaların təmizlənməsi kimi texniki və təhlükəsizlik yönümlü məsələlərə yönəlib və Türkiyə razılaşma əldə olunacağı təqdirdə bu cür təşəbbüslərə müsbət yanaşacaq.
/APA