DataLife Engine / Azərbaycanda cinayət törədən azyaşlılar necə islah olunurlar? - VİDEO

Azərbaycanda cinayət törədən azyaşlılar necə islah olunurlar? - VİDEO

Son illər azyaşlılar tərəfindən törədilən hüquq pozuntuları narahatlıq doğuran mövzulardan birinə çevrilib.
2024-cü ilin statistikasına görə, 472 azyaşlı cinayət törədib. Onlardan 460-ı oğlan, 12-si isə qızdır. Bu cinayətlər arasında ən çox rast gəlinən oğurluqdur - 2024-cü ildə 161 belə fakt qeydə alınıb.
Bəs bu uşaqlar cəmiyyət üçün təhlükədirmi, yoxsa diqqətdən kənarda qalmış fərdlərdir?
Fakt.info xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.
Sosioloq Üzeyir Şəfiyev bildirir ki, yeniyetmələr arasında cinayət əməllərinin əsas səbəbləri sosiallaşma institutlarındakı problemlərlə bağlıdır:
"Ailə mühiti gərgindirsə, münaqişəlidirsə və ya orta məktəblərdə bullinq halları varsa, bu kimi hadisələr baş verə bilər. Onlar daha çox sosial medianın təsiri altındadırlar və çalışmaq lazımdır ki, sosial şəbəkələrdə süzgəc mexanizmləri tətbiq olunsun".
Azərbaycanda bu istiqamətdə fəaliyyət göstərən Ədliyyə Nazirliyi yanında Probasiya xidməti azyaşlıların davranışına nəzarət edir, onların cəmiyyətə reinteqrasiyası üçün xüsusi proqramlar həyata keçirir. Bəzi hallarda isə azyaşlılar xüsusi tərbiyə müəssisələrinə yerləşdirilirlər. Burada onlar həm təhsil alır, həm də psixoloji dəstək alırlar.
Bu gün, 07:54
Вернуться назад