DataLife Engine / Səidə Haqverdiyeva “Gümüş Karyera Ödülləri”nə layiq görülüb

Səidə Haqverdiyeva “Gümüş Karyera Ödülləri”nə layiq görülüb

Teatr və kino rejissoru Saida Haqverdiyeva Türkiyədə keçirilən IV “Gümüş Karyera Ödülləri”nin laureatlarından biri olub.

Rejissor bu nüfuzlu mükafata kino və teatr sahəsindəki uzunmüddətli səmərəli yaradıcılıq fəaliyyəti, həmçinin Qarabağ müharibəsindən bəhs edən “Köhnə çamadanlar” tammetrajlı bədii filminin Ankara şəhərində baş tutan uğurlu premyerasına görə layiq görülüb. Filmin Ankaradakı nümayişi qardaş ölkənin mediasında geniş əks-səda doğurmuş, onunla bağlı çoxsaylı materiallar dərc olunmuşdur.

Məlumat üçün bildirək ki, Türkiyənin Ankara şəhərində təşkil olunan “Gümüş Karyera Ödülləri” müxtəlif sahələrdə uğur qazanan şəxslərin təltif edildiyi ictimai-mədəni əhəmiyyətli tədbirdir. Mükafatlandırma BY Media şirkətinin “Protokol” Dərgisi tərəfindən həyata keçirilir və siyasət, biznes, media, sənət və akademik sahələrdə fərqlənən simaları əhatə edir.

Qeyd edək ki, bu il dördüncü dəfə keçirilən mükafatlandırma mərasimi tanıtım və peşəkar fəaliyyətin qiymətləndirilməsi baxımından mühüm platforma kimi çıxış edir.

Mükafatların rəsmi təqdimetmə mərasimi 20 may tarixində Ankara şəhərində baş tutacaq. Səidə Haqverdiyeva mərasimdə şəxsən iştirak edəcək.






Bu gün, 14:59
Вернуться назад