DataLife Engine / Masallı məktəblisi Respublika Fənn Olimpiadasında gümüş medal qazandı

Masallı məktəblisi Respublika Fənn Olimpiadasında gümüş medal qazandı

Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən Z.Nəcəfov adına 2 nömrəli tam orta məktəbin X sinif şagirdi Cəlallı Hikmət Cavid oğlu Respublika Fənn Olimpiadasının final mərhələsində tarix fənni üzrə II yerə layiq görülərək gümüş medal qazanıb.

Bu uğur gənc şagirdin zəhmətinin, əzmkarlığının və elmə olan dərin marağının parlaq göstəricisi kimi qiymətləndirilir. Hikmətin əldə etdiyi nəticə həm məktəb kollektivi, həm də rayon ictimaiyyəti üçün qürur və sevinc mənbəyidir.

Məktəb rəhbərliyi və kollektivi istedadlı şagirdi bu yüksək nailiyyət münasibətilə təbrik edir, ona gələcək təhsil həyatında daha böyük uğurlar arzulayır. Bildirilir ki, Hikmətin bundan sonra da yeni zirvələr fəth edərək məktəbin adını daim uca tutacağına böyük inam var.

Qeyd edək ki, bu uğurun əldə olunmasında Hikmətin müəllimlərinin və valideynlərinin xüsusi rolu olub. Xüsusilə, məktəbin fizika müəllimi, eyni zamanda şagirdin anası Nigar müəllimin göstərdiyi diqqət və dəstək bu nailiyyətdə mühüm əhəmiyyət daşıyıb.
İstedadlı şagirdimizə möhkəm can sağlığı, yeni uğurlar və daha böyük nailiyyətlər arzulayırıq.
Cəfər Cəfərov 
Dünən, 20:02
Вернуться назад