DataLife Engine / Məktəbdə baş verən hadisə ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Məktəbdə baş verən hadisə ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, aparıcı Ayən Səfərova Bakı şəhər, Xətai rayon 257 saylı məktəbdə kütləvi zəhərlənmənin baş verməsi haqda video paylaşıb.
TƏBİB-dən AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirilib ki, 7 nəfərə ilkin tibbi yardım göstərilib: 
"01.05.2026-cı il tarixində saat 15:40 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Bakı şəhəri, Xətai rayonu, 257 nömrəli məktəbdən nəm salfetdən keçən allergiya səbəbilə çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. 
Təcili tibbi yardım briqadası tərəfindən 7 nəfərə yerində ilkin tibbi yardım olunub".
 
Dünən, 18:41
Вернуться назад