DataLife Engine / Saç ağarmasının əsas səbəbi açıqlandı - stres və qidalanma deyilmiş

Saç ağarmasının əsas səbəbi açıqlandı - stres və qidalanma deyilmiş

Saçların ağarması hər zaman yaşla birbaşa bağlı deyil və bu prosesdə stres və bəslənmə yalnız köməkçi rol oynayır. Biruni Universiteti Tibb Fakültəsinin mütəxəssisi Prof. Dr. Zeynep Ocakın fikrincə, saç rəngini müəyyən edən əsas amil genetikadır.
Fakt.info xəbər verir ki, saç ağarmasında həyat tərzi və stres təsirli olsa da, əsas müəyyənedici faktor insanın genetik quruluşudur. Valideynlərində erkən yaşda saç ağarması görünən şəxslərdə bu halın yaşanma ehtimalı olduqca yüksəkdir.
Saç rəngini köklərdəki "melanosit" hüceyrələrinin istehsal etdiyi "melanin" pigmenti təyin edir. Zamanla bu hüceyrələrin sayı azalır və ya istehsal dayanır, nəticədə saç əvvəl boz, sonra isə ağ rəngə çevrilir.
Stresin bir gecədə saçı ağartması elmi cəhətdən təsdiqlənməsə də, uzunmüddətli stres saç köklərindəki hüceyrələrə zərər verərək genetik meylliliyi olanlarda prosesi sürətləndirə bilər.
30 yaşından əvvəl saçların nəzərəçarpacaq dərəcədə ağarması "erkən ağarma" hesab olunur. Bu, çox vaxt B12 vitamini, dəmir və mis çatışmazlığının əlaməti ola bilər.
Saç ağarmasında etnik kökən də rol oynayır. Avropa mənşəli insanlarda saçlar daha erkən ağardığı halda, Saxaraaltı Afrika mənşəli icmalarda bu proses həm daha gec, həm də daha az intensivliklə baş verir.
Mütəxəssislər saç ağarmasının bir xəstəlik deyil, təbii bioloji proses olduğunu vurğulayırlar. Hazırda bu prosesi tamamilə dayandıracaq qəti bir müalicə üsulu mövcud deyil.
 
/milli.az
Bu gün, 07:24
Вернуться назад