DataLife Engine / Macarıstan Ukraynaya məxsus pul və qızılları geri qaytarıb

Macarıstan Ukraynaya məxsus pul və qızılları geri qaytarıb

Macarıstan fevral ayında müsadirə edilmiş "Oşadbank"a məxsus pul və qızılı Ukraynaya geri qaytarıb.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə məlumat yayıb.
Zelenski Budapeştə "konstruktiv və sivil addım"a görə təşəkkür edib.
Xatırladaq ki, fevral ayında Macarıstanın sabiq baş naziri Viktor Orbanlə Zelenski arasında Ukrayna ərazisindən keçən "Drujba" neft kəməri ilə bağlı ciddi gərginlik yaranmışdı. Aprelin 12-də keçirilən parlament seçkisində qalib gəlmiş Peter Madyar Kiyevlə qarşıdurmanı davam etdirməyəcəyini bildirib və bundan sonra neft tədarükü bərpa olunub.
Bundan əvvəl Macarıstanın Milli Vergi və Gömrük Xidməti çirkli pulların yuyulması şübhəsi ilə yeddi Ukrayna vətəndaşını, o cümlədən xüsusi xidmət orqanlarının sabiq generalını saxlamışdı. Onların Avstriyadan Ukraynaya 40 milyon dollar, 35 milyon avro və 9 kq qızıl daşıdığı bildirilirdi.
 
/Oxu.az
Bu gün, 08:53
Вернуться назад