Qaranlıqda yatmaq diabet riskini azalda bilər.
Fakt.info xəbər verir ki, "Northwestern University” alimlərinin apardığı araşdırmaya görə, gecə vaxtı işıq altında yatmaq insan orqanizminin metabolizminə mənfi təsir göstərir. Tədqiqat nəticələrinə əsasən, hətta zəif işıq belə qan şəkərinin tənzimlənməsini pozaraq diabet riskini artıra bilər.Məlumata görə, işıq altında yatan insanlarda ürək döyüntüsü və insulin müqaviməti səviyyəsi daha yüksək olur. Bu isə uzunmüddətli dövrdə piylənmə və Type 2 Diabetes riskini artırır.
Araşdırmada qeyd olunur ki, ən sağlam yuxu üçün otağın tam qaranlıq olması, telefon və digər işıq mənbələrinin uzaqlaşdırılması tövsiyə edilir.Mütəxəssislər bildirir ki, sadə vərdiş dəyişiklikləri belə ciddi sağlamlıq problemlərinin qarşısını almaqda mühüm rol oynaya bilər.
/metbuat.az