ABŞ-də baş verən güclü qasırğa nəticəsində yüzlərlə ev dağılıb, çoxlu sayda ağac aşıb.
Bu barədə "WAPT-TV" məlumat yayıb.
Bildirilib ki, təbii fəlakətdən ən çox Missisipi ştatı, xüsusilə, Linkoln dairəsindəki Boqo-Çitto kiçik icması zərər çəkib. Burada tornado treyler parkındakı səyyar evləri ətrafa səpələyib. Xəsarət alanlar var. Həmçinin elektrik enerjisi xətləri sıradan çıxıb, nəticədə bəzi evlər işıq və istilikdən məhrum olub.
Milli Meteorologiya Xidmətindən bildirilib ki, təhlükəli qasırğa artıq Linkoln dairəsinin şərqindən Lourens dairəsinə doğru irəliləyib. Missisipi qubernatoru Teyt Rivz ştatın mərkəzi və qərb hissələrində bir neçə tornadonun qeydə alındığını açıqlayıb.
/Oxu.az