DataLife Engine / Gənc İstedadın ilk fərdi sərgisi açıldı

Gənc İstedadın ilk fərdi sərgisi açıldı

YAP Yasamal Rayon Təşkilatı və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə 140 nömrəli tam orta məktəbin 9A sinif şagirdi Kərimova Xədicə Seymur qızının ilk fərdi yaradıcılıq sərgisi gerçəkləşdi.  

Sərgini giriş sözü ilə Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova açdı. 
Elnurə xanim qeyd etdi ki; 
Sərgi təsadüfi bir tarixə düşməyib. O, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunub. Bu tədbir həm gənc istedadın yaradıcılıq yolunda ilk addımı, həm də milli yaddaşımızın, mədəniyyətimizin və ideallarımızın rənglərdə ifadəsi kimi dəyərləndirilir.  

 “Rənglərdə Gül Bayramı” adlanan sərgi, gənc bir qəlbin duyğularını, arzularını və gələcəyə olan ümidlərini rənglərin dili ilə tamaşaçılara çatdırır. Hər bir əsərdə gəncliyin enerjisi, milli dəyərlərə sevgi və yaradıcılıq həvəsi hiss olunur.  
Elnurə xanım sözü YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyevə verdi. Bəxtiyar müəllim çıxışında aşağıdakıları qeyd etdi:

Xədicənin bu addımı yalnız öz istedadını nümayiş etdirmək deyil, həm də gənc nəslin Ulu Öndərin ideyalarına və milli-mənəvi dəyərlərə bağlılığının göstəricisi kimi qiymətləndirilir. Bu sərgi bir daha sübut edir ki, gənclərimiz öz yaradıcılığı ilə həm bu günü, həm də gələcəyimizi işıqlandırırlar.  

Sərgidə  fəxri qonaq olaraq professor Mahirə Hüseynova, deputat Göydəniz Qəhrəmanov, deputat Ceyhun Məmmədov iştirak edirdilər.

Xədicənin valideynləri -atası Müdafiə Nazirliyinin əməkdaşı kapitan Seymur Kərimov, anası  Müdafiə Nazirliyinin əməkdaşı mayor Arzu Kərimova, Xədicənin sinif rəhbəri Anaxanım Dadaşova və sinif yoldaşları, ARİ-nin üzvləri Minə Məmmədova, Könül Əzimova, Zinaida Mirzəzadə, Günay Məmmədova, Aygün Kamilqızı, Xədicənin babası təqaüdçü Sirudin Kərimov, dayıları Firidun Kərimov, Nurlan Kərimov, bibiləri Fəxriyyə Kərimova, Emeti Dönmez və tədbirdə iştirak edən digər qonaqlar gənc rəssama uğurlar arzulayaraq, onun yaradıcılıq yolunun başlanğıcı olan bu sərginin gələcəkdə daha böyük uğurların müjdəçisi olacağına inandıqlarını vurğuladılar.  

Sərgi rəsmi olaraq açıq elan edildi və qonaqlar gənc istedadın rənglərdəki dünyası ilə tanış olmağa dəvət olundu.

Sərgidə rəssamın floristika, kətan yağlı boya, akvarel növlərində 50 rəsm əsəri sərgilənirdi. 
Sonda gənc rəssama ilk fərdi yaradıcılıq sərgisinə görə mükafat təqdim olundu, xatirə fotoları çəkildi.





Müxbir: Aygün Oqtay 
Fotoqraf: Camal
Bu gün, 12:01
Вернуться назад