DataLife Engine / İş adamını güllələməkdə şübhəli bilinən şəxs saxlanıldı

İş adamını güllələməkdə şübhəli bilinən şəxs saxlanıldı

Bu gün saat 01:30 radələrində Zaqatala rayon sakini, 39 yaşlı İsa Boloyev Yuxarı Tala kəndi ərazisində yerləşən restorandan çıxarkən ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan AZXEBER.COM-a bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı Musa Mustafazadə saxlanılıb. Ondan ov tüfəngi götürülüb.

Araşdırma aparılır.
Dünən, 17:48
Вернуться назад