Fakt.info xəbər verir ki, qəbuldan əvvəl Baş Prokuror Kamran Əliyev və Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Masallı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə tər gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Qəbul zamanı 51 nəfər vətəndaşın müraciəti dinlənilib. Müraciətlər əsasən konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlərlə bağlı araşdırmalar zamanı yol verilmiş qanun pozuntuları, həmçinin məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələləri əhatə edib.
Vətəndaşların müraciətlərinin operativ və obyektiv araşdırılması məqsədilə aidiyyəti üzrə müvafiq göstərişlər verilib.



