Livan və İsrail arasında atəşkəs rejimi daha 45 gün uzadılıb.
Fakt.info Teleqraf-a istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Tommi Piqott "X” sosial şəbəkəsində yazıb.
"ABŞ 14-15 may tarixlərində İsrail və Livan arasında iki günlük olduqca məhsuldar danışıqlara ev sahibliyi edib. 16 apreldə əldə olunan atəşkəs rejimi daha 45 gün uzadılacaq”, – ABŞ sözçüsü bildirib.