DataLife Engine / Sumqayıtda boks üzrə respublika çempionunun meyiti tapıldı

Sumqayıtda boks üzrə respublika çempionunun meyiti tapıldı

Sumqayıt şəhərində ölüm hadisəsi qeydə alınıb.

Fakt.info bildirir ki, "Unikal”ın əldə etdiyi məlumata görə, şəhərin 8-ci mikrorayonunda yerləşən mənzillərdən birində 1984-cü il təvəllüdlü Rza Rzayevin meyiti aşkarlanıb.
Əldə etdiyimiz məlumata görə, Rza Rzayev idman ictimaiyyətinə tanış simadır. Belə ki, o, Sumqayıt şəhər boks məktəbinin yetirməsi olub və dəfələrlə boks üzrə respublika çempionu olub.

Hadisənin  hansı səbəbdən baş verməsi barədə məlumat yoxdur.

Faktla bağlı araşdırma aparılır.
16-05-2026, 19:11
Вернуться назад