DataLife Engine / İspaniya XİN başçısından sərt çağırış: “Ben-Gvirin Aİ-yə girişinə icazə verilməməlidir”

İspaniya XİN başçısından sərt çağırış: “Ben-Gvirin Aİ-yə girişinə icazə verilməməlidir”

İspaniya Xarici İşlər Naziri Jose Manuel Albares İsrailin Qlobal Donanma fəallarına münasibətini sərt tənqid edərək, İsrailin Milli Təhlükəsizlik Naziri Itamar Ben-Gvirin Avropa İttifaqına daxil olmasına icazə verilməməli olduğunu bildirib.
Fakt.info xarici mətbuata istnadən xəbər verir ki, Albares İspaniya dövlət televiziyası RTVE-yə açıqlamasında beynəlxalq sularda saxlanılan Qlobal Donanma üzvlərinə qarşı "alçaldıcı və qeyri-insani rəftar” göstərildiyini deyib. O, İsraildən baş verənlərə görə dərhal üzr istəməsini gözlədiklərini vurğulayıb.

İspaniyalı nazir qeyd edib ki, İsrailə Norveç və ya İslandiya kimi yanaşmaq mümkün deyil və Avropa Birliyinin bu məsələdə daha prinsipial mövqe sərgiləməli olduğunu bildirib.

Albares həmçinin açıqlayıb ki, məsələ ilə bağlı İsrailin Madriddəki müvəqqəti işlər vəkili Dana Elrix nazirliyə çağırılıb, eyni zamanda İsrail Xarici İşlər Nazirliyinə diplomatik nota göndərilib.

Nazir İsrailin Qlobal Donanma fəallarına münasibətinin beynəlxalq hüquq və humanitar prinsiplər baxımından ciddi suallar doğurduğunu vurğulayıb.
 
Bu gün, 14:54
Вернуться назад