Azərbaycan Respublikasının Gənclər Fondu gənclər və gənclər təşkilatları üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi elan edir.
Fakt.info xəbər verir ki, müsabiqənin məqsədi dövlət gənclər siyasətinin prioritetlərinə uyğun olaraq gənclərin və gənclər təşkilatlarının potensialının inkişaf etdirilməsi, onların sosial, iqtisadi, mədəni və ictimai həyatda fəal iştirakının təşviqi, innovativ və ictimai faydalı təşəbbüslərinin dəstəklənməsi, həmçinin milli-mənəvi dəyərlərə sadiq, yaradıcı, vətənpərvər və sosial məsuliyyətli gənclərin formalaşmasına töhfə verməkdir.
*Müsabiqə aşağıdakı istiqamətləri əhatə edir:*
?Milli kimlik, vətənpərvərlik və dəyər əsaslı inkişaf;
?️Gənclərin inkişafı və insan kapitalının gücləndirilməsi;
?️Sosial inklüzivlik və bərabər imkanların təşviqi;
?️Rəqəmsal gələcək, innovasiya və süni intellekt;
?️Yaradıcı sənaye və mədəni innovasiyalar;
?️Regionlarda gənclərin iştirakçılığı və ictimai fəallıq;
?️Dayanıqlı inkişaf və gənclərin ekoloji məsuliyyəti.
*Qrantların maksimum məbləğləri:*
? Gənclərin (fiziki şəxslərin) fərdi layihələri üzrə – 5 000 AZN;
? Gənclər təşkilatlarının yerli layihələri üzrə – 10 000 AZN;
? Gənclər təşkilatlarının beynəlxalq layihələri üzrə – 15 000 AZN.
*Müsabiqənin müddəti:*
• Başlanma tarixi: 22 may 2026-cı il
• Son müraciət tarixi: 22 iyun 2026-cı il saat 18:00
?*Qrant müsabiqəsi haqqında ətraflı məlumat:* https://youthfoundation.az/192976/