DataLife Engine / Ərkivanda 200-dən çox ailəyə Qurban bayramı sovqatı verilib - VİDEO/FOTOLAR

Ərkivanda 200-dən çox ailəyə Qurban bayramı sovqatı verilib - VİDEO/FOTOLAR

Qurban bayramı münasibətilə Masallı rayonunun Ərkivan qəsəbəsində xeyriyyə aksiyası keçirilib.

Fakt.info xəbər verir ki, Ərkivan Ərazi Nümayəndəliyinin və Bələdiyyəsinin təşəbbüsü, Ərkivan Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən aksiya “Ramazanlı” Mərasim Evində baş tutub. 

Tədbirdə iştirak edən qəsəbə ziyalıları və ictimaiyyət nümayəndələri müqəddəs Qurban bayramı münasibətilə sakinləri təbrik edib, aksiyaya dəstək göstərən xeyriyyəçilərə minnətdarlıqlarını bildiriblər.

Daha sonra xeyriyyə cəmiyyətinin könüllüləri tərəfindən qəsəbədə yaşayan şəhid ailələri də daxil olmaqla aztəminatlı ailələrə hər birinin dəyəri 60 manat olan ümumilikdə 205 ədəd sovqat bağlaması çatdırılıb.

Qeyd edək ki, etik səbəblərdən bayram sovqatı verilən ailələrin foto və video görüntüləri yayımlanmır. 
Qurban bayramınız mübarək olsun!



























Dünən, 20:44
Вернуться назад