DataLife Engine / "Neftçi"dən yeni transfer

"Neftçi"dən yeni transfer

"Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib.
Fakt.info xəbər verir ki, sol cinah müdafiəçisi Rüfət Abbasov artıq Bakı klubunun üzvüdür.
21 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb. O, "3” nömrəli formanı geyinəcək.
"Neftçi”nin yetirməsi olan və 2015-ci ildə akademiyaya qoşulan Abbasov əsas komandaya 2021-2022-ci illər mövsümündə cəlb edilib, 2 rəsmi oyun keçirib. Son iki mövsümdə "Şamaxı” klubunun formasını geyinmiş Rüfət U-21 millidə 17 matçda meydana çıxıb və əsas yığmaya da dəvət olunub.
Bu gün, 17:02
Вернуться назад