DataLife Engine / Ayağı amputasiya edilən iştirakçı evə buraxıldı - VİDEO

Ayağı amputasiya edilən iştirakçı evə buraxıldı - VİDEO

"Əsl güc həyat səni hər dəfə yıxdıqda yenidən ayağa qalxmağın yolunu tapmaqdır. Mən də ayağa qalxdım. Asan olduğu üçün yox, çətin bir anın bütün həyatımı təyin etməsinə icazə vermək istəmədiyim üçün".
Fakt.info xəbər verir ki, bu sözləri "Survivor Yunanıstan"ın qəza keçirərək ayağı amputasiya edilən iştirakçısı Stavros Floros deyib.
Xəstəxanadan evə buraxılan Floros hər kəsə təşəkkür edib:
"Bu gün əvvəlki insan deyiləm. Daha güclüyəm. Daha yetkinəm. Bir vaxtlar adi qəbul etdiyim şeylərə görə daha minnətdaram. Bu fotoda ayağını itirən bir kişi deyil, özündə bilmədiyi bir güc tapan kişi görürsüz. Və əgər bu sınaq mənə bir şey öyrədibsə, bu odur ki, əlindən çox şey alına bilər, amma heç vaxt inadkarlığın, ləyaqətinin və davam etmək iradəni itirmə. Gördüyün təbəssüm hər şeyin asan olduğu üçün deyil. Çünki çətinliklərin sevincimi, ümidimi və sabaha inamımı oğurlamamağı seçmişəm. Bu, əziyyət çəkən, mübarizə aparan və daha güclü şəkildə ortaya çıxan bir insanın təbəssümüdür. Əslində, mənim hekayəm yeni başlayır!"
Bu gün, 11:22
Вернуться назад