DataLife Engine / Masallıda 14 kiloqram narkotik vasitə aşkarlanıb

Masallıda 14 kiloqram narkotik vasitə aşkarlanıb

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Fakt.info xəbər verir ki, tədbir zamanı 25 yaşlı İbrahim Əliyev və 35 yaşlı Vüqar Həsənov saxlanılıblar. Onlardan ümumilikdə *14* kiloqram marixuana, heroin və tiryək aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bu gün, 12:25
Вернуться назад