Azərbaycanda kəsimxanalarda iribuynuzlu heyvan kəsiminə subsidiya və vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur. Məqsədin həm bu sahədə fəaliyyət göstərən sahibkarların dəstəklənməsi, həm də sanitariya və qida təhlükəsizliyi standartlarına uyğun kəsim prosesinin genişləndirilməsi olduğu bildirilir. Bu addım qeyri-rəsmi kəsimlərin azalmasına və bazarda daha şəffaf mexanizmlərin formalaşmasına təsir göstərə bilər.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc Demokrat.az-a açıqlamasında deyib ki, subsidiya və vergi güzəştləri kəsimxanalara və ümumiyyətlə iri buynuzlu heyvan kəsiminə çox müsbət təsir göstərəcək:
"Bu istiqamətdə fəaliyyət göstərən sahibkarların yükünün azaldılması və onların fəaliyyətinin dəstəklənməsi baxımından bu, çox ciddi addımdır. Lakin burada bir nüans nəzərə alınmalıdır ki, hazırda bu sistemin tətbiqində ciddi problemlər mövcuddur. Monitorinqlər aparılmalı və nəzarət mexanizmləri tətbiq olunmalıdır. Çünki bir çox hallarda ət kəsimxanaları formal xarakter daşıyır. Sahibkarlar sadəcə orada formal qeydiyyatdan keçərək prosesi yönləndirirlər. Bu isə qida təhlükəsizliyinin təmin olunması və kəsimin mərkəzləşdirilməsi baxımından uğurlu nəticələrin əldə edilməsinə ciddi maneələr yaradır. Nəzarət mexanizmlərinin tətbiqi subsidiyalar və vergi güzəştləri ilə paralel şəkildə dəstəklənməlidir. Vergi güzəştləri sahibkarlığın inkişafı üçün olduqca vacib faktordur və ən azı müəyyən müddət ərzində bazarda qiymətlərin sabit saxlanmasına, qiymət artımının qarşısının alınmasına təsir göstərə bilər. Bu proses formal xarakter daşımamalıdır. Ciddi nəzarət olmalıdır ki, sahibkarlar həm subsidiyalardan, həm də vergi güzəştlərindən istifadə etməklə yanaşı, real olaraq ət kəsimxanalarında fəaliyyət göstərsinlər. Yəni bütün iri buynuzlu mal-qaranın kəsimi məhz kəsimxanalarda həyata keçirilməlidir. Dövlətin burada əsas məqsədi ilk növbədə qida təhlükəsizliyini təmin etmək, ikinci isə mərkəzləşdirilmiş kəsim siyasətini həyata keçirməkdir. Hər iki məsələ ölkədə istehlakçıların keyfiyyətli ətlə təmin olunması baxımından ciddi nizam yarada bilər”.