Ələt-Astara magistral yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, Masallı rayonunun Ərkivan qəsəbə sakini, 1966-cı il təvəllüdlü Ələddin İmamverdi oğlu Babayevin idarə etdiyi "Ford Transit" markalı avtomobil hərəkətdə olarkən eyni istiqamətdə hərəkət edən Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Kəramət Bəylər oğlu Ağayevin idarə etdiyi "Mercedes" markalı yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində Ələddin Babayev aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Salyan rayonu üzrə xilasediciləri cəlb olunublar. Sıxılıb qalan sürücünün meyiti xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Mərhumun meyiti daxili və xarici müayinə üçün Cəlilabad rayon Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.